Konqoda quldurlar qızıl mədəninə hücum edib

Dünya

11.10.2023 - 01:17

cedabet dərman SEO Xidməti

Hadisə nəticəsibdə ölənlər və yaralananlar var

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən qızıl mədəninə quldurların hücumu nəticəsində 4 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən ikisi Çin vətəndaşları olan mədən mütəxəssisidir. Quldurların daha 3 nəfəri yaraladığı bildirilir.

Hücum Cənubi Kivu vilayətinin cənubunda baş verib. Quldurlarla obyekti mühafizə edən hərbçilər arasında atışma olub. Hücum edənlər külli miqdarda nağd pul və digər qiymətli əşyaları ələ keçirə biliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş