Konqoda mədən çöküb: yüzlərlə insan ölüb

Dünya

31.01.2026 - 15:20

"Bu torpaq sürüşməsində mədənçilər, uşaqlar və bazar ticarətçiləri də daxil olmaqla 200-dən çox insan ölüb"

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətində mədənin çökməsi nəticəsində ən azı 227 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” üsyançıların təyin etdiyi Lubumba qubernatorunun sözçüsü Kambere Muisaya istinadən məlumat yayıb.

Muisa bildirib ki, "bu torpaq sürüşməsində mədənçilər, uşaqlar və bazar ticarətçiləri də daxil olmaqla 200-dən çox insan ölüb".

O əlavə edib ki, bəzi insanlar son anda xilas edilib və ciddi xəsarətlər alıblar. Baxmayaraq ki, konkret xəsarət alanlar barədə məlumat verməyib. Qubernatorun müşaviri bildirib ki, ölənlərin sayı ən azı 227 nəfərdir. Dəqiq ölənlərin sayı hələ də müəyyən edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş