Konqoda BMT helikopteri atəşə tutulub

Dünya

03.02.2024 - 12:46

cedabet dərman SEO Xidməti

Helikopter təhlükəsiz əraziyə enə bilib

Konqo Demokratik Respublikasında (KDR) üsyançıların helikopterə atəş açması nəticəsində iki BMT sülhməramlısı yaralanıb.

AYNA xəbər verir ki, bu barədə BMT-nin KDR-dəki missiyası məlumat yayıb.

“France-Presse” agentliyi missiyaya istinadla bildirib ki, iki sülhməramlı yaralanıb, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Helikopter təhlükəsiz əraziyə enə bilib.

Hadisə Qoma şəhəri yaxınlığında baş verib. Qomaya hücum təşkil etməyə çalışan “23 Mart Hərəkatı” qruplaşmasının silahlıları hadisənin törədilməsində şübhəli bilinir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş