Koçaryanın məhkəməsi gələn ilə qaldı

Dünya

04.12.2019 - 03:45

Həkimlər Klinikalar SEO Xidməti

Robert Koçaryan 2008-ci ilin iyunun 23-də həbs edilib

 

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi gələn ilin yanvarınadək təxirə salınıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu ay yenidən keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına hakimin dekabrın 10-dan məzuniyyətə çıxması göstərilib. Koçaryanın vəkili təxirə salınmadan əvvəl müvəkkili haqda həbs qətiimkan tədbirinin dəyişdirilməsi məsələsinin müzakirəsini tələb edib. Prokuror isə eks-prezidentin hüquq müdafiəçilərini “yersiz ərizələr”lə məhkəmə prosesinin uzanmasına səbəb olmaqda günahlandırıb.

 

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş