“Amerika liderinin sözlərinin real nəticələri olmalıdır”
ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton “MS Now” televiziya kanalında çıxış edərək ABŞ Prezidenti Donald Trampı sosial media paylaşımlarına və İranla danışıqlara yanaşmasına görə tənqid edib.
AYNA.AZ xəbər verir ki, o Trampın təkcə hərəkətlərinə görə deyil, həm də sözlərinə görə məsuliyyət daşımalı olduğunu söyləyib.
"Xüsusilə, Amerika liderinin sözlərinin real nəticələri olmalıdır. Trampın son bir həftə ərzində sosial mediada etdiyi dəlicəsinə hərəkətlərinə baxsanız, bu, sadəcə rüsvayçılıqdır. Mən sivilizasiyanı məhv etmək təhdidlərindən, Papa Leoya qarşı təhdidlərdən danışıram", - deyə Klinton bildirib.
O ABŞ Prezidenti və vitse-prezidenti Cey.Di.Vensin daim Qərb sivilizasiyası haqqında danışdıqlarını, lakin onların bu mövzuda "hər hansı bir kurs keçmədiklərini" qeyd edib.
Klinton Qərb sivilizasiyasının real əhəmiyyətə malik olduğunu və ABŞ-ın yaranmasının onun inkişafının nəticəsi olduğunu iddia edib: "Söhbət liderləri necə məsuliyyətə cəlb etməyimizdən gedir ki, onlar avtokrat və diktator olmasınlar və bizi Amerikanın ilk Papasına qarşı ehtiyatsız müharibələrə və tamamilə dəlicəsinə hücumlara aparmasınlar", - deyə Klinton bildirib.