Kilsə Keşikçidağı yenidən “qaşıyır” - İşin arxasında maraqlı qüvvələr var

Siyasət

15.02.2021 - 15:39

Gürcü ekspert: “Bakı ilə Tiflis arasındakı münaqişənin kimə sərf etdiyini xatırlamaq vacibdir”

 

Bu yaxınlarda Gürcüstanda erkən orta əsrlərin mübahisəli Keşikçidağ (David Qareci) monastır kompleksi mövzusu yenidən gündəmdə oldu. Və kilsə bu mövzuda fikirlərini bildirməyə qərar verdi. Abba-Alaverdi mitropoliti Davidin dediyinə görə, Gürcüstan Pravoslav Kilsəsinin (GPS) Müqəddəs Sinodu 11 fevral iclasında Keşikçidağ monastırı ərazisindən keçən Gürcüstan-Azərbaycan sərhədi məsələsində mövqeyini müəyyənləşdirdi.

 

“Georgia Online” xəbər verir ki, bunu mitropolit Gürcüstan telekanallarından birinin efirində bəyan edib: “Sinod bu məsələni müzakirə etdi və kompleksin Gürcüstan abidələri olduğunu və sərhədin 1937-38-ci illərdə tərtib edilmiş 1:200,000 ölçülü xəritələr və iki ölkənin 1996-cı ildə imzaladığı sənəd əsasında çəkilməli olduğunu müəyyənləşdirdi”.

 

Onun sözlərinə görə, Sinod kompleksin “problemləri və tarixi”nin daha ətraflı izah ediləcəyi bir sıra verilişlər hazırlamağa qərar verib.

 

“Kartoqrafların işi” kimi tanınan məsələdə adları hallanan iki şəxsin - İveri Melaşvili və Natalya İliçevanın Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasında işlədikləri zaman 1937-1938-ci illərin topoqrafik xəritəsinin orijinal mənbəyini 1:200.000 miqyasda əldə etməkdə günahlandırıldığı məlumdur. Prokurorluğa görə, müttəhimlər bu xəritəni qəsdən gizlədiblər. Hətta, əvvəlki hökumət dövründə “Azərbaycanın maraqları naminə çalışdıqları” ilə bağlı ittihamlar var idi. Daha sonra, prokurorluğun qeyd etdiyi kimi, xəritə İliçevanın ofisində tapıldı.

 

Təqsirləndirilən şəxslərin özləri bu xəritənin internetdə sərbəst şəkildə mövcud olduğunu və gizli olmadığını deyib, lakin xəritənin tam olmadığını qeyd ediblər. Onlara görə, komissiya işləyərkən 1938-ci il müqaviləsinə və müvafiq xəritələrə istinad etdi.

 

Ekspertlər İveri Melaşvili və Natalya İliçevaya qarşı ittihamları siyasi motivli hesab edirlər. Və haqlı olduqlarına dair bir fikir var, çünki payız parlament seçkilərindən əvvəl onlara qarşı bir cinayət işi başladıldı – dedilər ki, “xainlər” tutuldu. Sonra bu şəxslər dəmir barmaqlıqlar arxasına düşdülər. Yalnız bu yaxınlarda onlar haqqında həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirdilər.

 

Görəsən, bu insanlara qarşı ittihamlar mövzusu səlahiyyətlilər tərəfindən daha da şişirdiləcək, yoxsa bu, artıq onların maraqlarına uyğun deyil? Və kilsənin xəritələr barədə mövqeyini açıq şəkildə ifadə etmək anı və s. - bunlar Keşikçidağ məsələsinin gələcək həll prosesi, ölkələrimiz arasındakı sərhədlərin müəyyənləşdirilməsi prosesinə kömək edirmi?

 

AYNA mövzunu tanınmış gürcüstanlı politoloqlarla müzakirə edib.

 

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze:

Գելա Վասաձե․ Ղարաբաղյան հարցի հետ կապված Զուրաբիշվիլին ոչ մեկ անգամ է  հայտարարել Վրաստանի դիրքորոշումը

“İveri Melaşvili və Natalya İliçevaya qarşı ittihamlara gəldikdə, anladığım qədəri ilə, onlar bu xəritələrin mövcud olduğunu inkar etmirlər, sadəcə onlardan istifadə etmək mümkün deyildi, çünki Azərbaycan tərəfi heç bir halda bu xəritələri qəbul etməyə razı olmazdı. Bunun üçün, həqiqətən siyasətdən uzaq olan mütəxəssisləri günahlandırmaq sadəcə ədalətsizlikdir və onlardan siyasi məqsədlər üçün istifadə etmək mənfurluqdur.

 

Eyni şey David Qareci monastır kompleksinə də aiddir. Kimsə bunun hər gürcü üçün mənəvi ziyarətgah olduğu barədə mübahisə edirmi? Sual budur ki, SSRİ-nin mövcud olduğu dövrdə sərhəd haradan keçib - silsilə boyunca və ya aşağıdan, silsilənin altından? Bu danışıqlar məsələsidir və dövlətlər səviyyəsində həll edilməlidir. Eyni zamanda, ölkələrimiz arasındakı qarşıdurmadan kimin yararlandığını xatırlamaq vacibdir və hər iki tərəf də müvafiq müdriklik göstərilməlidir”.

 

Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun Beynəlxalq Münasibətlər Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze:

No description available.

“Əvvəla, burada əlbəttə ki, Müqəddəs Sinodun Gürcüstandakı kilsənin ciddi nüfuz sahibi olmasına baxmayaraq, dövlət məsələlərində heç bir qərar vermədiyini nəzərə almalısınız. Axı, Gürcüstanda hər şey parlament tərəfindən həll edilir və Nazirlər Kabineti onun qərarlarını həyata keçirir. Gürcüstan dünyəvi bir dövlətdir və burada hər şeyi parlament və hökumət həll edir.

 

Kartoqrafların ittihamları ilə bağlı hadisəyə gəldikdə, düşünürəm ki, bir vaxtlar daxili səbəblərə görə bu məsələ təbliğ edildi, çünki qarşıdan parlament seçkiləri gəlirdi. Bütün təfərrüatı bilmirəm, amma hesab edirəm ki, Melaşvili və İliçevanın həbsi ilk növbədə eks-prezident Saakaşvilini gözdən salmaq planlarına xidmət edir. Çünki aydındır ki, kimsə bir vaxtlar “torpaqları Azərbaycana verəcəkdirsə”, bunun arxasında Saakaşvili dayanmışdı və Melaşvili ilə İliçeva yalnız yuxarıdan gələn göstərişlərə əməl etdilər.

 

Yeri gəlmişkən, bu insanlar üç aydır həbsdədirlər, amma yenə də heç bir şeyi etiraf etməyiblər. Bu, o deməkdir ki, prokurorluq bu işlə Saakaşvilinin əlaqəsinə dair heç nə əldə edə bilməyib. Və indi bu insanlar girov müqabilində sərbəst buraxıldılar. Ancaq proses hələ də davam edir, tam deyil. İstisna etmirəm ki, prokurorluq hər şeyə görə bir daha Saakaşvilini günahlandıracaq. Bunun arxasında başqa bir şey olmadığını düşünürəm”.

Müəllif: Rauf Orucov