Keçmiş məhkumda tapança aşkarlanıb

Xəbərlər

30.09.2021 - 18:14

Həkimlər Klinikalar SEO Xidməti

Abışovdan “Stalker M-906” markalı tapança, bir patron darağı və iki patron götürülüb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Abışovdan “Stalker M-906” markalı tapança, bir patron darağı və iki patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş