Ermənistanda zibilxanada uşaq cəsədi tapılıb

Hadisə

01.09.2019 - 09:36

Körpənin ayaqları yapışqanlı lentlə bağlanılıb

 

Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb. AYNA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.

Müəllif: Ayna.az