Yenə yanğın xəbəri var

Hadisə

27.08.2019 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

 

Yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Müəllif: Ayna.az