Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

Dünya

23.01.2024 - 23:28

Sağ qalanların vəziyyəti kritik qiymətləndirilir

Kanadada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə Terras kəndi yaxınlığındakı dağ silsiləsində baş verib. Həkimlərin sözlərinə görə, sağ qalanların vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş