Kanada rusiyalı məmurlara qarşı sanksiya tətbiq edib

Dünya

09.12.2022 - 15:54

İran və Myanmaya qarşı da sanksiyalar tətbiq edilib

Kanada insan hüquqlarının pozulmasına görə Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyin məlumat yayıb.

Sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib.

Kanada, eyni zamanda, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneyinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Ottavanın sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.

Müəllif: Ayna.az