Kabildə baş verən partlayış nəticəsində iki nəfər ölüb

Dünya

11.01.2024 - 19:28

cedabet dərman SEO Xidməti

Ticarət mərkəzinin ərazisində əl qumbarası partlayıb

Əfqanıstan paytaxtı Kabilin qərbində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı Kabil Polis İdarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ticarət mərkəzinin ərazisində əl qumbarası partlayıb. Hüquq-mühafizə orqanları günahkarları axtarır.

Qeyd edək ki, bu gün Əfqanıstanda üç partlayış baş verib. Onlardan ikisi Kabildə, digəri isə ölkənin şimalındakı Məzari-Şərif şəhərində qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş