Zəlzələ nəticəsində 114 nəfər vəfat edib
Türkiyənin İzmir şəhərində zəlzələdən sonra dağılan binalarda aparılan axtarış-xilasetmə işləri başa çatıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Mehmed Güllüoğlu məlumat verib.
AFAD rəhbəri axtarış-xilasetmə işlərində iştirak edən hər kəsə təşəkkür edib: “Axtarış-xilasetmə başa çatdı. Digər məsələlərlə bağlı intensive işlər davam edir”.
Güllüoğlu vurğulayıb ki, oktyabrın 30-da İzmirin Səfərhisar hissəsində baş verən zəlzələdə 114 nəfər dünyasını dəyişib. Dağılan 17 binada axtarış-xilasetmə işləri həyata keçirilib.