Yerli hakimiyyət gələnləri ölkənin digər şəhər və rayonlarına paylamağa çalışır
İtaliyanın Lampeduza şəhərinə bir gündə 63 qayıq və gəmi ilə 2 minə yaxın miqrant gəlib. AYNA xəbər verir ki, bu barədə italiya mediası məlumat yayıb.
Bildirilib ki, 1826 nəfərdən başqa, şənbə günü gecə və səhər Siciliyanın cənubundakı adaya daha 519 qaçqının gəldiyi məlum olub.
Bildirilib ki, miqrantların qəbulu və yerləşdirilməsi mərkəzinə 3983 nəfər gəlib. Yerli hakimiyyət gələnləri ölkənin digər şəhər və rayonlarına paylamağa çalışır.
Qeyd olunub ki, Siciliyanın Porto Empedokl limanında miqrantların şəxsiyyətinin müəyyən edilməsi üçün tranzit məntəqəsi fəaliyyət göstərir. Onlar daha sonra onlarla Veneto, Kalabriya, Abruzzo və digər bölgələrə göndəriləcəklər.
Daha əvvəl bildirilib ki, 2023-cü ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə 100 min miqrant gəlib. Halbuki bu rəqəm bütövlükdə 2022-ci il üçün qeydə alınıb. Yeni miqrantları yerləşdirmək üçün bir çoxları düşərgələrdən çıxarılmalı olur.