İtaliyadan koronavirusla bağlı sevindirici xəbər

Dünya

02.02.2020 - 21:45

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb. Xəstəliyə yoluxanların sayı artmaqda davam edir 

 

İtaliyanın Səhiyyə naziri Roberto Sperenza bütün dünyanı sevindirəcək xəbəri verib.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən məlumatına görə, nazir yeni növ koronavirusu izolə etdiklərini açıqlayıb:

 

“Virusu izolə etdik. İtaliya Avropada bunu bacaran ilk ölkə oldu. Bunun mənası isə belədir: virus üzərində daha yaxşı işləməyə və yayılmasının qarşısını almağa şərait yaranıb. Artıq virusa qarşı vaksinin hazırlanması asanlaşacaq. Xəstəliyə qarşı müalicə metodlarını müəyyənləşdirmək də sürətlənəcək. Bu məlumatı bütün elm dünyasına təqdim edirik”.

 

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halı qeydə alındıqdan sonra Çinə uçuşlar dayandırılıb. Çinin Uhan şəhərindəki 60-dək italiyalı isə sabah ölkələrinə təxliyyə olunacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş