İtaliyada son vəziyyət: “Xəstəxanalarda insanları seçirlər” - <font color=red> VİDEO</font>

Dünya

18.03.2020 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

 “İtaliya höküməti virus təhlükəsi səbəbindən tədbir kimi məktəbləri bağladı, amma insanlar bunu tətil kimi bilib küçələrə axışdı"

 

İtaliyada yaşayan Türkiyə vətəndaşının çağırışı mediada marağa səbəb olub. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, Merve Hasman Salvatori adlı qadın sosial media ilə video yayaraq İtaliyada koronavirusla bağlı vəziyyətin ciddiliyini bildirib.

 

“10 gündür, cəhənnəmi yaşayırıq, xəstəxanlar dolub, xəstələr üçün yer tapılmır. Bu səbəbdən insanlar tələsik müayinə edilərək evlərinə göndərilir. Hər kəs bilməlidir ki, bu, normal qrip deyil. İnsanlar göz görə-görə boğularaq ölürlər. Vəziyyətin ciddiyilinə varın! İnsanlar xəstəxanada oksigen balonu ilə gəzirlər. İtaliya kimi ölkədə insanların vəziyyəti idarəetmədən çıxıb. Bu səbəbdən həkimlər insanları seçir, daha çox gənclərə yardım etməyə çalışırlar. Başqa yol da yoxdur. Bu qədər insana kömək etmək mümkün deyil. Yaşlı insanların vəziyyəti dözülməzdir. “Mən gəncəm, heç nə olmaz” - deyib özünüzü aldatmayın. Virus hər kəsi yoluxdura bilir”, - deyə qadın bəyan edib.

 

Türkiyəli qadın İtaliyada virusun yayılma səbəbini belə izah edib və bütün insanları vəziyyətin ciddiliyinə diqqət etməyə səsləyib: “İtaliya höküməti virus təhlükəsi səbəbindən tədbir kimi məktəbləri bağladı. Amma insanlar bunu tətil kimi bilib küçələrə axışdı. Bu səbəbdən bu gün yoluxma, ölüm artıb. Hər kəs bilməlidir ki, virus sürətlə yayılır, ona görə evdə qalın”.

 

Xatırladaq ki, İtaliya Çindən sonra yoluxma və ölüm halına görə dünyada Covid-19 bəlasına düçür olmuş ikinci ölkədir. Ölkədə 2500-dən çox insan ölüb, 32 mindən çox yoluxma faktı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş