İtaliyada koronavirusdan ölənlərin sayı azalıb

Dünya

25.03.2020 - 23:15

Həkimlər Klinikalar SEO Xidməti

Son gün ərzində 1036 nəfər sağalıb

 

İtaliyada son bir gündə COVİD-19-dan 683 nəfər ölüb. Bu, bir gün əvvəlki göstəricidən 60 nəfər azdır.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi məlumat verib.

 

“Bu gün biz 683 xəstənin ölümünü qeyd etdik. Qurbanların ümumi sayı 7503-ə çatıb. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub”, - deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş