İtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artır
Son sutka ərzində İtaliyada 662 nəfər koronavirusun qurbanı olub.
AYNA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Qeyd edilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 8 165 nəfərə çatıb. Son gün ərzində daha 4 492 nəfər virusa yoluxub. Hazırda İtaliyada 62 013 nəfər koronavirus xəstəsidir.