İtaliya Səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Dünya

15.03.2020 - 01:14

Həkimlər Klinikalar SEO Xidməti

İtaliyada koronavirusa yoluxanların sayı artır 

 

İtaliya Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri koronavirusa yoluxub.

 

AYNA bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.

 

“Bir neçə gün əvvəl mənim yoluxmaya şübhəli bilinən şəxslə əlaqəm olub. Test müsbət nəticə verib”, - o yazıb.

 

Nazir müavini qeyd edib ki, onun son müddətdə əlaqədə olduğu bütün əməkdaşlar özlərini yaxşı hiss edir və koronavirus pandemiyası ilə əlaqədar İtaliya Səhiyyə Nazirliyinin qaydaları əsasında hərəkət edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş