İsveç martın 11-də rəsmi olaraq NATO-ya üzv olacaq
İsveç martın 11-də rəsmi olaraq Şimali Atlantika Alyansına (NATO) üzv olacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun bəyanatında qeyd edilib.
“Bazar ertəsi günü, günortadan sonra NATO-nun Brüsseldəki qərargahında İsveç bayrağı qaldırılacaq. Bu, NATO üzvlüyünün başlanğıcı deməkdir”, - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, isveçin NATO-ya qəbulu ilə bağlı imzalanma mərasimində Baş nazir Ulf Kristersson və İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden iştirak edəcək.
Qeyd edək ki, martın 5-də Macarıstan Prezidenti Tamaş Szuyok İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib. Budapeşt ölkənin Alyansa qoşulmasına mane olan blokun sonuncu üzvü olub.