İsveç XİN başçıs Finlandiyanın NATO-ya üzvlüyünü təbrik edib

Dünya

01.04.2023 - 20:51

Nazir: "Hökumət İsveçin NATO-ya üzv olması üçün fəaliyyətini davam etdirir"

İsveç xarici işlər naziri Tobias Billström Finlandiyanın NATO-ya üzvlüyünü təbrik edib və öz ölkəsinin də üzvlüyə nail olması üçün hökumətin səylə çalışacağını bildirib.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Biz Finlandiya üçün şadıq. Bu, qardaş ölkəmiz üçün irəliyə doğru atılmış mühüm addımdır və üzv olmaq həm Finlandiyanın, həm də İsveçin təhlükəsizliyini gücləndirəcək. Lakin Finlandiyanın da bəyan etdiyi kimi, İsveç də üzv olmayana qədər bu proses tamamlanmayacaq”, - xarici işlər naziri Tobias Billström deyib.

Nazir bildirib ki, hökumət İsveçin də NATO-ya üzv olması üçün fəaliyyətini davam etdirir.

"Hökumət indi İsveçin də üzv olması üçün yorulmadan çalışacaq və bizim məqsədimiz İsveçin Vilnüs Sammitinə qədər NATO üzvü olmasıdır", - Billström qeyd edib.

Müəllif: Ayna.az