İsveç Ukrayna telekanalına dəstək üçün vəsait ayıracaq

Dünya

12.12.2023 - 15:39

cedabet dərman SEO Xidməti

"Suspilne" telekanalına 1,4 milyon dollar ayrılacağı açıqlanıb

İsveç hökuməti Ukraynanın "Suspilne" (İctimai) telekanalına dəstək üçün təxminən 1,4 milyon dollar ayıracaq. AYNA xarici mediaya istinadən bildirir ki, yardım Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq donor konfransına əsasən ayrılır.

Bildirilib ki, yardım üç il davam edəcək və rəqəmsal xəbərlər üçün əlverişli platformalar yaratmaq və Ukraynanın jurnalist potensialını gücləndirmək məqsədi daşıyacaq.

Qeyd edək ki, İsveç tərəfi 2017-ci ildən Ukrayna telekanalına dəstək verir.

Daha əvvəl məlum olub ki, İsveç Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına sponsorluq edəcək və islahatlar üçün Kiyevə təxminən 590 milyon dollar ayıracaq. Ukraynaya yeni ikitərəfli yardım strategiyası çərçivəsində maliyyə dəstəyi ayrılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş