İsveç ABŞ-la hərbi əməkdaşlıq sazişini təsdiqləyib

Dünya

19.06.2024 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Sənədin qəbulunun lehinə 266, əleyhinə isə 37 deputat səs verib

İsveç Parlamenti iyunun 18-də ABŞ ilə Müdafiə Əməkdaşlığı Sazişini (DCA) dəstəkləyib. AYNA xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Sənədin qəbulunun lehinə 266, əleyhinə isə 37 deputat səs verib. Daha 46 deputat səsvermədə iştirak etməyib.

Nəticədə Birləşmiş Ştatlar İsveçin 17 bölgəsində yerləşən İsveç təlim məntəqələrinə, eskadrilya və alaylarına çıxış əldə edib. Bundan əlavə, saziş ABŞ-a Skandinaviya ölkəsindəki obyektlərdə hərbi texnika, silah və sursat saxlamağa imkan verir.

ABŞ və İsveçin müdafiə sazişi imzalaması faktı 2023-cü ilin sonunda yayılıb.

“Müqavilə müharibə və ya böhran vəziyyətində İsveçin ABŞ-dan dəstək alması üçün daha yaxşı şərait yaradacaq”, deyə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş