"ABŞ-Ukrayna-Qətiyyətlilər Koalisiyası" formatında xüsusi koordinasiya mərkəzi yaradılacaq
“İstəklilər koalisiyası"nın əməliyyat qərargahı daxilində "ABŞ-Ukrayna-Qətiyyətlilər Koalisiyası" formatında xüsusi koordinasiya mərkəzi yaradılacaq. Bu mərkəz Ukraynanın təhlükəsizliyinin Qərb müttəfiqlərindən təmin edilməsindən məsul olacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə qərar 6 yanvarda Parisdə dövlət liderləri səviyyəsində "İstəklilər koalisiyası"nın sammitindən sonra qəbul edilmiş bəyannamə layihəsində qeyd edilib.
Bildirilib ki, "İstəklilər koalisiyası" Parisdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə diqqət yetirəcək koordinasiya mərkəzi yaradılması qərarını verib.
"Koalisiyanın Parisdəki əməliyyat qərargahı daxilində “ABŞ-Ukrayna-Qətiyyətlilər Koalisiyası” koordinasiya mərkəzi yaratmaq qərarına gəldik", - deyə layihə sənədində bildirilib.
Qeyd edək ki, "Könüllülər koalisiyası"na üzv dövlətlərinin liderləri tərəfindən imzalanan Paris Bəyannaməsi "Ukraynada möhkəm və davamlı sülh üçün etibarlı təhlükəsizlik zəmanətləri" adlanır və Avropa və ABŞ da daxil olmaqla Qərb tərəfdaşlarının Ukraynaya verməyi planlaşdırdığı əsas zəmanətləri özündə ehtiva edir.