İstanbulda Məsud Yılmazla vida mərasimi keçirilib

Dünya

01.11.2020 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Mərasimdə Türkiyə Prezidenti nitq söyləyib

 

Oktyabrın 30-da vəfat edən Türkiyənin sabiq Baş Naziri Məsud Yılmazla İstanbulda vida mərasimi keçirilib. AYNA xəbər verir ki, mərhumla vida mərasimi Mərmərə Universitetinin İlahiyyat fakültəsinin məscidində təşkil olunub.

 

Türkiyənin dövlət və hökumət nümayəndələrinin, siyasi partiya rəhbərlərinin, mərhumun doğmalarının və yaxınlarının iştirak etdiyi vida mərasimində Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Prezident mərasimdə nitq söyləyib.

 

Mərasimdən sonra sabiq Baş Nazir İstanbulda oğlu Yavuz Yılmazın məzarı yanında torpağa tapşırılıb.

 

Xatırladaq ki, Məsud Yılmaz müalicə olunduğu xəstəxanada 73 yaşında vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş