İstanbulda dərnəyə silahlı hücum olub, yaralananlar var

Dünya

25.05.2024 - 08:45

Həkimlər Klinikalar SEO Xidməti

Yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Sinoplular Sosial Köməkləşmə və Həmrəylik Dərnəyinə avtomat silahlarla edilmiş hücumda ikisi ağır olmaqla beş nəfər yaralanıb.

AYNA DHA-ya istinadən xəbər verir ki, hadisə bölgənin Altınşehir məhəlləsində qeydə alınıb.

Bildirilib ki, yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə xeyli sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş