“İsrailin HƏMAS hərəkatı üzərində qələbəsi aylarla çəkə bilər”

Dünya

19.10.2023 - 12:41

İsrail sabiq müdafiə naziri: “Hərbi əməliyyatlardan sonra ölkəni bərpa etmək üçün illər lazım olacaq”

İsrailin keçmiş müdafiə naziri Benni Qantzın fikrincə, İsrailin HƏMAS hərəkatı üzərində qələbəsi aylarla çəkə bilər. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

Sabiq nazirin sözlərinə görə, hərbi əməliyyatlardan sonra ölkəni bərpa etmək üçün illər lazım olacaq: “Bu, çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerdə müharibə aylarla çəkə bilər”.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan sonra İsrail hakimiyyəti müharibə vəziyyəti elan edib. Daha sonra İsrail Qəzza zolağında HƏMAS-ın hədəflərini vurmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş