Yoxlama bütün ordu hissələrinə aid olacaq
İsrail Müdafiə Qüvvələri 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının hücumu ilə bağlı daxili araşdırma aparacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
Onun sözlərinə görə, yaxın günlərdə İsrail hərbçilərinin HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücum və ölkədəki sonrakı hərəkətlərlə bağlı daxili təhqiqata başlanılacaq. Yoxlama bütün ordu hissələrinə aid olacaq.
“Döyüş meydanındakı əməliyyat vəziyyəti indi belə bir yoxlamaya imkan verir. İstintaqın təxminən üç ay çəkəcəyi gözlənilir”, - Baş Qərargah rəisi vurğulayıb.