İspaniya Fələstini tanımağa hazırlaşır

Dünya

03.04.2024 - 11:10

cedabet Klinikalar SEO Xidməti

Sançes bu ilin iyul ayına qədər Fələstinin müstəqilliyini tanıyacağına söz verib

“Yaxın gələcəkdə rəhbərlik etdiyim ölkə Fələstini müstəqil dövlət kimi rəsmən tanıyacaq”. AYNA xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Pedro Sançes media nümayəndələrinə bildirib.

Sançes bu ilin iyul ayına qədər Fələstinin müstəqilliyini tanıyacağına söz verib. Avropalı siyasətçi bunu İordaniya, Səudiyyə Ərəbistanı və Qətərə işgüzar səfərdə deyib.

“El Pais” yazır ki, paralel olaraq Sançes İsrail dövlətçiliyinin hələ bunu etməmiş ərəb ölkələri tərəfindən tanınmasına çalışmaq niyyətindədir.

İspaniya Fələstinin dövlətçiliyinin və müstəqilliyinin tanınması məsələsində müttəfiqlər tapmağa çalışır. İki həftə əvvəl İspaniya, Sloveniya, İrlandiya və Malta bu barədə birgə bəyanat yayıb. Sənəddə deyilir ki, bu ölkələr “şərait uyğun gələndə” Fələstini müstəqil ölkə kimi tanıyacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş