Hələlik qərarla bağlı ətraflı məlumat yoxdur
İraqın Baş Naziri Adil Abdulmehdi istefa verdiyini bəyan edib. AYNA İraq mətbuatına istinadən xəbər verir ki, qərar indilərdə açıqlanıb.
Qərarla bağlı yeni məlumatların gələcəyi vurğulanır.
Qeyd edək ki, İraqda oktyabrın əvvələrindən nümayişlər başlayıb. Aksiyaçılar ölkədəki işsizlik və digər sosial problemlərə etiraz edirlər. Etirazçılar bu səbəbdən Baş Nazir Adil Abdulmehdinin istefasını tələb edirdilər.