Səfir: “Hazırda Tehran və Moskva münasibətlərin inkişafında qızıl dövr yaşayırlar”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian mart ayında Rusiyaya səfər edəcək. AYNA xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
"Bu ay XİN başçısının Moskvaya bu səfər baş tutacaq", - səfir deyib.
Diplomatın sözlərinə görə, hazırda Tehran və Moskva “münasibətlərin inkişafında qızıl dövr” yaşayırlar.
Qeyd edək ki, fevralın 28-də “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyəti işgüzar görüşlər keçirmək üçün İrana səfər edib. Danışıqlarda 2022-ci ildə “Qazprom” və NIOC arasında imzalanmış memorandumun hazırlanmasında enerji sektorunda əməkdaşlıq sahələri müzakirə olunub.