İranın xarici işlər naziri Suriyaya səfər edib

Dünya

12.02.2024 - 07:32

cedabet dərman SEO Xidməti

Nazirin səfəri çərçivəsində ərəb ölkəsinin yüksək rütbəli rəsmiləri ilə görüşü nəzərdə tutulub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya rəsmiləri ilə danışıqlar aparmaq üçün Suriyaya səfər edib. AYNA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın xarici işlər nazirinin Suriyaya səfəri çərçivəsində ərəb ölkəsinin yüksək rütbəli rəsmiləri ilə görüşü nəzərdə tutulub.

Suriyaya səfərindən əvvəl Əmir Abdullahian Livan hakimiyyəti və Hizbullah hərəkatının rəhbərliyi ilə regional hadisələri müzakirə etmək üçün Livana səfər edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş