İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

Dünya

25.05.2024 - 17:29

Həkimlər Klinikalar SEO Xidməti

Partlayış nəticəsində iki işçi ölüb, ikisi yaralanıb

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş