İrandan növbəti səhv - Öz gəmisini vurdu

Dünya

11.05.2020 - 10:40

cedabet Klinikalar SEO Xidməti

Partlayışda həlak olanların sayı 19 nəfərə çatıb, 15 nəfər isə yaralanıb

 

İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlim zamanı səhvən tədbirdə iştirak edən digər hərbi gəmini atəşə tutub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” hesabında xəbər yayıb.

 

O, faciənin Oman körfəzində baş verdiyini qeyd edib. Məlumata görə, “Jamaran”dan açılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub sıradan çıxarıb.

 

Hadisə nəticəsində onlarla insan yaralanıb. İki nəfərin öldüyü bildirilir. İran ordusu tərəfindən hələlik hansısa açıqlama verilməyib.

 

İRNA agentliyi isə xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin Xalqla Əlaqələr Dairəsindən verilən məlumata görə, Oman dənizində keçirilən tətbiqat zamanı baş verən partlayışda həlak olanların sayı 19 nəfərə çatıb, 15 nəfər isə yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş