Elçin Şıxlı: “Milli maraqlarımız sabitliyi, inkişafı, quruculuğu tələb edir”
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına verdiyi müsahibədə ABŞ və İsrailin İrana birgə hücumları fonunda Tehranın qonşu ölkələrlə bağlı atdığı addımlar, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı siyasətindən danışıb.
E.Şıxlı müsahibəsində son on gündə baş verən proseslərdən danışarkən deyib ki, hazırda mürəkkəb vəziyyət var: “İrandakı müharibənin nəticələrinin nə olacağını, bunun bölgə üçün nələrlə nəticələnəcəyini hazırda demək çətindir”.

“Bizə hazırda münaqişə yox, sabitlik, dinclik, quruculuq, nəqliyyat dəhlizləri ilə bağlı qlobal layihələrin, TRİPP-in icrası, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuğu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etmək lazımdır. Çünki milli maraqlarımız sabitliyi, inkişafı, quruculuğu tələb edir. Təbii ki, biz İranla normal münasibətlərin olmasının tərəfdarıyıq. Gərək İran da bizimlə yaxşı münasibətlərdə maraqlı olsun”, - deyə AJB sədri vurğulayıb.
E.Şıxlı bildirib ki, İran tərəfindən ötən həftə Naxçıvana dron hücumunun edilməsi çox pis hadisədir: “Ölkə başçısı bu hadisəyə çox sərt reaksiya verdi və milli maraqlarımıza uyğun siyasət aparıldığını bir daha nümayiş etdirdi. Sonrakı proseslər, diplomatik trafiklər göstərir ki, münasibətlərdəki kəskinləşmə səngiyib”.
Müsahib həmçinin bölgədə baş verənlər və İran-Türkiyə münasibətləri barədə də fikirlərini səsləndirib.
Müsahibəni təqdim edirik: