Daha bir neçə yüksəklik düşməndən təmizlənib: Əməliyyat davam edir

Aktual

28.09.2020 - 09:53

Düşmən əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir

 

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. AYNA xəbər verir ki, bhu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

 

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Müəllif: Ayna.az