İranda zəlzələdə yaralananların sayı 600-ə yaxınlaşıb

Dünya

29.01.2023 - 08:32

Şəhərə dəyən ziyanın qiymətləndirilməsi aparılır

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib

Müəllif: Ayna.az