Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb
İranın qərbindəki Kürdüstan əyalətdə toy mərasimi zamanı qaz partlayışı nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.
AYNA "Report"a istinadən xəbər verir ki, qaz balonunun partlaması zamanı həmçinin 34 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların səhhəti haqqında məlumat verilmir.