Səhiyyə Nazirliyi vətəndaşları evlərini tərk etməməyə çağırıb
İranda koronavirusla bağlı son məlumat əhali arasında təşvişə səbəb olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşların təşvişinə səbəb İran Səhiyyə nazirinin köməkçisinin koronavirusa yoluxması olub.
Son məlumatlarda İranda virus nəticəsində ölənlərin sayının 16-ya, yoluxanların sayının isə 95-ə çatdığı bildirilir.
İran Səhiyyə Nazirliyi vətəndaşları evlərini tərk etməməyə çağırıb.