İranda son sutkada 2 min 444 nəfər koronavirusa yoluxub

Dünya

19.08.2020 - 18:40

Həkimlər Klinikalar SEO Xidməti

Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 20 mini ötüb

 

Artıq 1 həftədir ki, İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilir. Son sutkada İranda virusa 2 min 444 nəfər yoluxub, 153 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib.

 

Nazirlik rəsmisi qeyd edib ki, bununla da İranda yoluxanların ümumi sayı 350 min 279 nəfərə, ölənlərin sayı isə 20 min 125-ə çatıb. Müalicə alan 302 min 528 nəfər sağalıb, 3 min 868 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş