Koronavirus can almaqda davam edir
İranda son sutkada daha 125 nəfər koronavirusdan ölüb.
AYNA “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 357-yə çatıb.
K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 837 nəfər artaraq 70 029-ə yüksəlib.
Sözçü xəstəxanada müalicə alan 3 987 pasiyentin vəziyyətinin ağır olduğunu da vurğulayıb.