Saxlanılanlar israillilərə hərbi obyektlərin və Qızıl Aypara mərkəzlərinin koordinatlarını təqdim ediblər
İranda İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən ən azı 178 nəfər saxlanılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat məlumatlarında qeyd olunub.
Məlumata görə, saxlanılan İran vətəndaşları zərbələrə rəhbərlik etmək məqsədilə israillilərə Qızıl Aypara mərkəzlərinin və nəzarət məntəqələrinin koordinatlarını, eləcə də yerlərin şəkillərini təqdim ediblər.
Bir neçə xarici vətəndaş da həbs edilib və onların üzərində silah, yer təyinetmə cihazları, xüsusi rabitə avadanlığı və xarici valyuta olduğu aşkar edilib.