Abdullahiyan və Kostanyan müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi planlarını müzakirə ediblər
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanla əlaqələri genişləndirməyin vacib olduğunu bəyan edib. AYNA “Tasnim”ə istinadən bildirir ki, XİN başçısı deyib ki, iki qonşu ölkə arasında daha sıx əməkdaşlıq regional sülh, sabitlik və təhlükəsizliyə fayda verəcək.
Şənbə günü Tehranda keçirilən görüşdə Abdullahiyan və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi planlarını müzakirə ediblər.