“Vaşinqtonun hərəkətləri İraqın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”
“ABŞ ordusunun Bağdadın şərq rayonlarına endirdiyi zərbə beynəlxalq təhlükəsizliyə təhdid yaradan terror aktıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
Diplomat bildirib ki, Tehran Amerika hökumətinin İraq ərazisində törətdiyi və müqavimət qüvvələrinin bir neçə nümayəndəsinin, o cümlədən İranın yüksək rütbəli liderlərindən biri Əbu Bəkir əl-Səidinin ölümünə səbəb olan terror aktını qətiyyətlə pisləyir.
Kananinin sözlərinə görə, Vaşinqtonun hərəkətləri İraqın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır və beynəlxalq təhlükəsizliyə və regional sabitliyə təhdid yaradır.