İnterpol onu etmədiyi cinayətlərə görə axtarır
Boliviyanın keçmiş prezidenti Evo Morales İnterpol xətti ilə axtarışa verilib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Morales özü Meksikada mətbuat konfransında deyib. Eks-prezidentin sözlərinə görə, İnterpol onu etmədiyi cinayətlərə görə axtarır.
Həmçinin, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da İnterpolun axtarışındadır.