İngiltərədə koronavirusdan rekord ölüm sayı

Dünya

09.01.2021 - 05:45

İngiltərədə ümumi ölüm sayı 79 833 nəfər təşkil edir

 

Böyük Britaniyada son sutkada 1325 nəfər koronavirusdan ölüb ki, bu, 1224 ölümün qeydə alındığı 21 aprel tarixindən bəri ən çox ölüm sayıdır.

 

AYNA "worldometers"ə istinadən xəbər verir ki, ölkədə 68,053 nəfər virusa yoluxub, bununla da yoluxma sayı 2,957,472 nəfərə çatıb. İngiltərədə ümumi ölüm sayı 79,833 nəfər təşkil edir.

 

Qeyd edək ki, 5 yanvardan etibarən Böyük Britaniyada yenidən karantin rejimi tətbiq olunub. Bununla bağlı ölkə rəhbərliyi küçələrə çıxmamaqla bağlı çağrışlar edib.

Müəllif: Ayna.az