Gələn həftə ərzində yüzlərlə qurğunun istehsalı gözlənilir
Birləşmiş Krallıq hökuməti ölkədə koronaviruslu xəstələrin sayının çoxluğunu nəzərə alaraq süni tənəffüs aparatı istehsalına qərar verib.
AYNA BBC-yə istinadən xəbər verir ki, hazırda ölkədə ən çox tibbi avadanlıqlara ehtiyac duyulur.
Bu səbəbdən hökumət ingilis mühəndisləri üçün yeni cəbhə açılması ilə bağlı çağırış edib. İlk dizayn artıq təsdiqlənib.
Oksford mərkəzli Penlon firması dizaynı tamamlamaq üçün digər şirkətlərlə, o cümlədən “Formula 1” yarış komandaları, “Ford” və “Siemens” şirkətləri ilə birlikdə fəaliyyətə start verib və ilk olaraq 15000 süni tənəffüs aparatı sifarişi verilib.
“Penlon”un Prima ES02 modeli ilk 40 xəstəxanaya çatdırılmazdan əvvəl Müdafiə Nazirliyinin bazasına yönəldiləcək. Gələn həftə ərzində yüzlərlə qurğunun istehsalı gözlənilir.
Hökumət yeni havalandırma qurğularının istehsalçılarını intellektual mülkiyyət pozuntuları və ya qüsurlu maşınların vurduğu şəxsi zədə ilə əlaqədar məhkəmə iddiaları dəyərindən qoruyacağını vəd edib.
Qeyd edək ki, hazırda Birləşmiş Krallıqda yoluxma yüz minə yaxınlaşır. Rəsmi məlumata görə, 99516 yoluxma faktı, 12 900 ölüm sayı qeyd olunur.