İngilis kəşfiyyatında işləmək üçün tələblər yumşaldılır

Dünya

10.02.2021 - 14:07

Daha əcnəbilər də casus kimi işə götürüləcəklər

 

İngilis kəşfiyyatı “MI 6” tarixində ilk dəfə namizədlər üçün tələblər yumşaldılacaq: daha əcnəbilər də casus kimi işə götürüləcəklər. AYNA xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

 

Bildirilib ki, fərqli mənşəli və ikinci vətəndaşlığı olan insanlar da işə götürüləcəklər.

 

Müraciət etmək üçün hələ də Böyük Britaniya pasportu tələb olunur, lakin indi digər ölkələrdə anadan olanlar nəzərə alınacaq. Bəzi vəzifələr üçün ikili vətəndaşlığa icazə veriləcək, digərləri ikinci pasportdan imtina etməli olacaqlar.

 

Kəşfiyyat sıralarındakı bir mənbə, müxtəlif millətlərdən olan şəxslərin heyətdə olmasının, “MI 6”-nın işini daha təsirli hala gətirəcəyini söyləyib.

 

Qeyd edilib ki, belə bir addımın məqsədi, mümkün qədər geniş dairədən insanları işə cəlb etmək və hər kəsin eyni şəkildə düşündüyü bir deyil, fərqli düşüncəli iş kollektivi yaratmaqdır.

 

Xatırladaq ki, keçən ilin avqust ayında “MI 6”-nın gizli agentlərinin 60 il sonra yenidən ölkənin düşmənlərini öldürmək üçün lisenziya alacağı məlum oldu. Bunu İngiltərə Müdafiə Katibi Annabel Qoldie söyləmişdi.

Müəllif: Ayna.az