İndoneziyada zəlzələ

Dünya

17.01.2021 - 20:44

Qurbanların sayı 78 nəfərə çatıb

 

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Ölkənin Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) məlumat verib ki, hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

 

Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi.

 

Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.

Müəllif: Ayna.az