Zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb
İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Bildirilir ki, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. Zəlzələlərin episentri Ternate şəhərindən 133 kilometr şimal-qərbdə yerləşib. Ocağı isə 62 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib.